Dünya
BMT Suriyanın Hums şəhərindən təqribən 1400 nəfəri təxliyə edə bilib
BMT ötən cümə günündən etibarən Suriyanın mühasirədə olan Hums şəhərindən 1370-dən çox şəxsi təxliyyə etməyə müvəffəq olub. Bunu cümə axşamı brifinqdə təşkilatın rəsmi nümayəndəsi Martin Nesirki deyib.
Onun sözlərinə görə, ümumilikdə 2500 nəfər üçün ərzaq və dərmanlar çatdırılıb: "Ərzaq ehtiyatları onlara bir aya bəs edər".
Qeyd edək ki, ötən həftə Suriya hökuməti və müxalifət dinc sakinlərin şəhəri tərk etməsinə imkan vermək və humanitar yardımın çatdırılmasını təmin etmək üçün Humsda üç gün ərzində hərbi fəaliyyəti dayandırmaq barədə razılığa gəlmişdilər. Ötən cümə günü şəhərdən yüzlərlə dinc sakini çıxarmaq və humanitar yardımı çatdırmaq mümkün olub. Lakin əməliyyat zorakılığın artması səbəbindən çətinləşib. Belə ki, bazar günü şəhərin rayonlarından biri artilleriya zərbəsinə tuş gəlib, nəticədə 5 nəfər ölüb. Bir gün əvvəl isə Humsa gedən humanitar karvanın atəşə tutulması barədə məlumatlar yayılmışdı.
Suriyaya, xüsusilə də Hums şəhərinə humanitar yardımların çatdırılması ilə bağlı vəziyyət ölkə hökuməti və müxalifət nümayəndələrinin Cenevrədəki danışıqlarda həll etməyə çalışdığı əsas problemlərdən biridir.
Suriyada 100 mindən çox insanın həyatına son qoyan (BMT-nin məlumatına görə - red.) silahlı münaqişə 2011-ci ilin mart ayından davam edir.
-
Nida Xəbər 10:48
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?