Dünya
Kadırov Xodorovskini şəxsi düşməni elan etdi
Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov “Yukos” neft şirkətinin keçmiş sahibi, keçmiş rusiyalı oliqarx Mixail Xodorovski kütləvi informasiya vasitələrinə etdiyi çağırışa sərt reaksiya verib.
Publika.az-ın verdiyi xəbərə görə, Kadırov “Instagram” səhifəsində Xodorkovskini müsəlmanların və özünün şəxsi düşməni adlandırıb.
Çeçenistan Respublikasının başçısı qeyd edib ki, Mixail Xodorovski öz hərəkətləri ilə özünə “xaç” qoyub. “O, özünü dünyanın bütün müsəlmanların düşməni elan etdi. Deməli, Xodorovski mənim də şəxsi düşmənimdir”, - Kadırov yazıb.
Xatırladaq ki, “Yukos” neft şirkətinin keçmiş sahibi “Charlie Hebdo” satirik jurnalının ofisinə basqından sonra kütləvi informasiya vasitələrini Məhəmməd peyğəmbərin karikaturalarını dərc etməyə çağırıb.
Utancverici haldır ki, Qərbin bir sıra KİV-lərində Məhəmməd peyğəmbərin karikaturaları dünən yenidən çap olundu. Karikaturaları “Business Insider”, “Huffington Post”, “CNN Money” kimi Amerika nəşrləri dərc edib. “Daily Beast” saytında isə “Charlie Hebdo”un 16 ən qalmaqallı karikaturası ilə slayd yerləşdirilib. Karikaturaları “Deutsche Welle” başda olmaqla Almaniyanın bəzi qəzetləri yenidən çap edib.
Ömər Dağlı
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO