Bu kəndə köçənlərə 43 min manat veriləcək
Bizi izləyin

Dünya

Bu kəndə köçənlərə 43 min manat veriləcək

İsveçrə bölgədəki əhalinin azlığı ilə mübarizə aparmaq üçün dağ kəndi olan Albinenə köçənlərə maraqlı fürsət təqdim edir.

Publika.az yerli mediaya istinadən xəbər verir ki, bu kəndə köçmək istəyənlərə 20 min İsveçrə frankı (təxminən 43 min manat) məbləğində müavinət verilir.

Hər uşaq üçün isə bu məbləğ 10 min frank (təxminən 21 min manat) təşkil edir.

Lakin bu fürsətdən yararlanmaq üçün bəzi şərtlər mövcuddur. Bu şərtlərə isə, 45 yaşdan kiçik olmaq, 200 min İsveçrə frankından çox dəyərdə ev almaq, ən azı 10 il burada qalmağa öhdəlik götürmək, İsveçrə vətəndaşı olmaq daxildir.

Onu da qeyd edək ki, İsveçrə vətəndaşı olmayanlar şəxslər də eyni şərtlər daxilində təşviqdən yararlana bilərlər.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm