Qaçaqmalçılıqda iştirak edən şirkətlər onun imiş...
Bizi izləyin

Sosial

Qaçaqmalçılıqda iştirak edən şirkətlər onun imiş...

Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı davam etdirilən digər cinayət işi üzrə qaçaqmalçılıq və digər cinayətlərin törədilməsində iştirak etmiş “RR Caspi”, “Səmayə Co”, “Səmayə Logistic” və başqa Məhdud Məsuliyyətli Cəmiyyətlərin, eləcə də Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, cinayət işində adı keçən şirkətlərdən ikisi Naxçıvan Futbol Federasiyasının və Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundova məxsusdur.

Söhbət “Səmayə Co” və “Səmayə Logistic” şirkətlərindən gedir.

2021-ci ikdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Səmayə Logistic" MMC-ni dövlət qeydiyyatına alıb.

Şirkət Bakı İdman Sarayının yerləşdiyi Səbail rayonu, Neftçilər prospekti, 26A ünvanında qeydiyyatdan keçib.

Kommersiya qurumunun nizamnamə kapitalı 1 milyon manat, qanuni təmsilçisi isə Vasib Böyükağa oğlu Zərbəliyevdir.

Sözügedən ünvanda həm də "Araz-Naxçıvan"ın rəhbəri Z.Axundova məxsus "Səmayə Co LTD" MMC də fəaliyyət göstərir. Bu şirkətin də direktoru V.Zərbəliyevdir.

Qeyd edək ki, "Araz-Naxçıvan"ın formasının ön hissəsində də Zaur Axundovun şirkətinin adı qeyd olunub.

Qeyd edək ki, “Səmayə CO LTD”in balansında 3000, 2000 tonluq neft tankerləri, 2500 tonluq quru yük gəmiləri və digər təyinatlı gəmilər var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm