Mitsotakis Ankaraya gələcək
Bizi izləyin

Dünya

Mitsotakis Ankaraya gələcək

Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin yaxın aylarda Ankaraya səfəri planlaşdırılır.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr məlumat verib.

Bildirilib ki, dünən Afinada təşkil olunan Siyasi Dialoq görüşündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Mitsotakisin sədrliyi ilə Türkiyədə keçirilməsi planlaşdırılan 6-cı Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının (YSƏŞ) iclasına hazırlıqlar müzakirə edilib.

Görüş Türkiyə xarici işlər nazirinin müavini Mehmet Kamal Bozay və yunanıstanlı həmkarı Aleksandra Papadopulunun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilib.

İkitərəfli münasibətlər üzrə məsləhətləşmələrin aparıldığı görüşdə, YSƏŞ-ə hazırlıqla yanaşı, ötən il Ankarada keçirilən görüşdən bəri baş verən inkişaflar da nəzərdən keçirilib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm