Dünya
"Bütün qüvvələr Ukrayna üçün səfərbər olunmalıdır"
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya qarşı mübarizəni davam etdirmək üçün davamlı müdafiə dəstəyinə ehtiyac olduğunu bildirib.
Publika.az xəbər verir ki, Zelenski bu barədə videomüraciət yayıb.
O, münaqişə zonalarındakı ümumi vəziyyət, bərpa prosesi və lazımi resursların səfərbər edilməsi ilə bağlı rəsmilərlə xüsusi koordinasiya görüşü keçirdiyini vurğulayıb.
Zelenski ABŞ və Avropadakı həmkarları ilə bir çox məsələlər, xüsusən də Ukraynaya dəstək paketləri ilə bağlı əlaqələrini davam etdirdiklərini və müdafiə dəstəyinin davamlı olmasına ehtiyac duyduqlarını bildirib:
"Hava hücumundan müdafiə raketlərinə, silahlara hər gün ehtiyac var. Davos formatı bunu, yəni Ukraynanın ehtiyac duyduğu real nəticələri təmin edərsə, Ukrayna orada təmsil olunacaq. Heç kimin boş siyasətə və ya nəticə verməyən çıxışlara ehtiyacı yoxdur".
Zelenski əks halda Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakının baş tutmayacağını vurğulayıb. "Biz ölkə daxilindəki vəziyyətə diqqət yetirməliyik. Hazırda bütün qüvvələr Ukrayna üçün səfərbər olunmalıdır. Və belə də olacaq".
Roza
-
Magazin111:52Xana Babayeva ƏRƏ GETDİ - VİDEO
-
Rəsmi xronika10:50İlham Əliyev BƏƏ-yə dəvət edildi
-
Nida Xəbər 09:39Azərbaycan Trampın bu dəvətini qəbul etdi
-
Avropa09:24Tramp Makronu belə alçaltdı - Şok iddia
-
Ekologiya07:17Qar yağacaq, şaxta olacaq - PROQNOZ
-
Nida Xəbər 06:30Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
-
Magazin106:16“Necə sevirdim, Allah, şəhid olan atamı…” - VİDEO
-
Nəqliyyat05:45Ağsu dolaylarında hərəkət çətinləşdi - FOTO















.webp)


















