Fransa prezidenti Davos forumunu bu səbəbdən tərk etdi
Bizi izləyin

Dünya

Fransa prezidenti Davos forumunu bu səbəbdən tərk etdi

Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampla şəxsən görüşə bilmədiyi üçün Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakını vaxtından əvvəl dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Xatırladaq ki, bir gün əvvəl ABŞ lideri Makrondan aldığı mesajın məzmununu "Truth Social" sosial şəbəkəsində dərc etmişdi. Həmin mesajda Fransa prezidenti Parisdə fövqəladə G7 görüşünün təşkil edilməsini, Ukrayna, Danimarka, Suriya və Rusiyadan nümayəndələrin dəvət edilməsini təklif etmişdi.

Nəşr yazır ki, bu təşəbbüsə baxmayaraq, Makron Trampla şəxsən görüşə bilmədiyi üçün Davosdan ayrılıb. ABŞ prezidentinin Fransa paytaxtına dəvət almasına baxmayaraq, Makronun təkbətək görüş təşkil etmək cəhdi uğursuz olub.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm