Magazin1
“Xəstələnəndə ərim məni "ovucunun içində" gəzdirir”
Müğənni Ofelya Şabanova müsahibə zamanı şəxsi həyatı ilə bağlı maraqlı və səmimi açıqlamalar verib.
Publika.az xəbər verir ki, Ofelya xəstələndiyi zaman həyat yoldaşının ona xüsusi qayğı göstərdiyini deyib.
"Xəstələnəndə ərim məni uşaq kimi ovucunun içində gəzdirir" deyən müğənninin sözlərinə görə, ev işlərində çox yorulduğu vaxtlarda həyat yoldaşı böyük oğullarına əsəbiləşərək ona kömək etməsini tələb edir.
Sənətçi qeyd edib ki, onun haqqında deyilənlərə əhəmiyyət vermir və həyat yoldaşını çox dəyərli insan hesab edir. Müğənninin etirafına görə, onu ən çox qorxudan məsələ ərinin ondan bezməsi ehtimalıdır.
"Ərimə görə indiyə qədər evdə tozsoran belə işlətməmişəm. Bəzən qorxuram ki, birdən çayını vaxtında aparmaram", - deyə o bildirib.
Şabanova əlavə edib ki, həyat yoldaşı əsəbiləşəndə mübahisədən qaçır: "Ərim hirslənəndə başqa otağa keçirəm ki, sakitləşsin. Mübahisə etməyin nə mənası var? Hirsi soyuyandan sonra qayıdıram, çay süzürəm və elə bil heç nə olmayıbmış kimi söhbət edirik".
Müğənninin bu açıqlamaları sosial şəbəkələrdə maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub.(milli.az)
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava


































.jpg)
