Trampın xüsusi nümayəndəsi Putinlə görüşəcək
Bizi izləyin

Dünya

Trampın xüsusi nümayəndəsi Putinlə görüşəcək

ABŞ-Rusiya diplomatik əlaqələri aktiv mərhələdədir. Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff yanvarın 22-də Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Publika.az xəbər verir ki, Uitkoff bu planlarla bağlı jurnalistlərə açıqlama verib.

O, əvvəllər Davosda Rusiya liderinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə dialoqu yüksək qiymətləndirib və danışıqların konstruktiv olduğunu vurğulayıb. Bu əlaqələrin əsas məqsədi Donald Trampı qarşıdan gələn siyasi bəyanatına hazırlamaq idi.

Vəziyyəti şərh edən politoloq Marat Bəşirov qeyd edib ki, Ukrayna hakimiyyəti Trampın irəli sürdüyü xətti qəbul etməyə razı olarsa, Moskva müəyyən addımlar atmağa hazırdır.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm