Dünya
Bu ölkənin Sülh Şurasına qoşulmağa pulu çatmır
Polşa Sülh Şurasına qoşulmaq üçün 1 milyard dollar ayırmağı planlaşdırmır.
Publika.az xəbər verir ki, bu barədə "Rzeczpospolita" qəzetinə Polşanın maliyyə naziri Anjey Domanski danışıb. O, dövlət büdcəsində belə vəsaitin olmadığını vurğulayıb.
Nazirin sözlərinə görə, istənilən beynəlxalq müqavilədən əvvəl Nazirlər Şurasının qətnaməsi olmalıdır, hazırda isə bu qətnamə mövcud deyil. Domanski deyib ki, Polşanın indi bu strukturda iştirakdan daha çox maliyyələşdirmə tələb edən daha təcili problemləri var.
"Biz ətraflı təhlil edilməli olan çox ciddi hüquqi öhdəliklərdən danışırıq. Və açıq desək, bunun üçün büdcədə mütləq bir milyard dollar yoxdur", - deyə o əlavə edib.
Ağ Evin mətbuat xidməti Donald Trampın Sülh Şurasının Nizamnaməsini təsdiqlədiyi haqda məlumat yayıb. Artıq o, rəsmi beynəlxalq təşkilatdır və Tramp Şuranın sədri vəzifəsinin icrasına başlayıb.
Adəm
-
Dünya16:38Aralıq dənizində gərginlik: İki ölkə Rusiyaya qarşı əməliyyat keçirdi
-
Nida Xəbər 15:32Alyona Əliyeva Arzu Əliyevanı belə təbrik etdi - FOTO
-
Nida Xəbər 15:18Mədət Quliyevlə Zəhra ayrıldı
-
Magazin114:54Alim Qasımovdan nəvəsinin toyda dediklərinə - REAKSİYA
-
Elm və təhsil13:26Tələbə kreditləri üçün müraciət tarixi açıqlandı
-
Nida Xəbər 12:44“Eyyubovlar işi” haqda mühüm xəbər: Yeni həbslər var - ADLAR
-
Nida Xəbər 12:14Bu qanuna dəyişiklik olunur
-
ABŞ11:58Ukrayna daha çox ərazi itirə bilər - Tramp















_(1).jpg)


.jpg)



.jpg)










