ABŞ
İki həftə ərzində baş verəcək - Trampdan sirli mesaj
ABŞ prezidenti Donald Tramp İsveçrənin Davos şəhərinə səfərinin nəticələrini yüksək qiymətləndirib. O, xüsusən NATO ilə Qrenlandiya üzrə razılaşmanı və Sülh Şurasının yaradılmasını önə çəkib.
Publika.az xəbər verir ki, bu barədə Tramp sosial şəbəkədə yazıb.
"Davosa necə də gözəl bir səfər idi. Biz çox şeyə nail olduq, o cümlədən NATO ilə Qrenlandiya üzrə çərçivə sazişi. Həmçinin Sülh Şurası. Gəlin Amerikanı yenidən möhtəşəm edək!", - Ağ Ev rəhbəri qeyd edib.
ABŞ prezidenti hesab edir ki, Qrenlandiya ilə bağlı razılaşma üçün əlverişli şərait yaranıb.
O, İsveçrədən Vaşinqtona gedən təyyarədə jurnalistlərə belə deyib: "Nəyəsə nail olmaq üçün yaxşı əhval-ruhiyyə var". Tramp, həmçinin vurğulayıb ki, ABŞ tam olaraq istədiyini etmək qabiliyyətinə malikdir və razılaşma perspektivləri barədə əlavə edib: "İki həftə ərzində bir şey olacaq".
CNN daha əvvəl mənbələrə istinadən xəbər vermişdi ki, Tramp və NATO-nun baş katibi Mark Rutte Davosdakı görüşdə Qrenlandiya ilə bağlı yalnız şifahi anlaşma əldə ediblər. Qismən də Ruttenin sızmalarla bağlı narahatlığı səbəbindən yazılı sənəd imzalanmayıb. Eyni zamanda, Danimarkanın Baş naziri Mette Frederiksen Ruttenin Danimarka və Qrenlandiya adından danışıqlar aparmaq səlahiyyətinin olmadığını açıqlayıb.
-
Hadisə00:27Abşeronda yaşayış kompleksində partlayış - Sakinlər təxliyə edilir
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul27 İyul 14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika27 İyul 13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək















.jpg)
.jpg)


















