Tramp və Putinin xüsusi nümayəndələrinin Əbu-Dabi görüşündə nələr müzakirə olunacaq?
Bizi izləyin

Dünya

Tramp və Putinin xüsusi nümayəndələrinin Əbu-Dabi görüşündə nələr müzakirə olunacaq?

Bu gün Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqlarda ABŞ nümayəndə heyətini xüsusi nümayəndə Stiv Uitkoff, Rusiya tərəfini isə Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev təmsil edəcək.

Publika.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov bəyanat yayıb.

Onun sözlərinə görə, Dmitriyev və Uitkoff arasında Rusiya-ABŞ işçi qrupu çərçivəsində görüşlər bu gün və sabah keçiriləcək.

"ABŞ-dakı dondurulmuş 5 milyard dollar dəyərində Rusiya aktivləri Donbass da daxil olmaqla, müharibədən zərər çəkmiş bölgələrin bərpasında istifadə edilə bilər. Əbu-Dabidə üçtərəfli təhlükəsizlik işçi qrupunun görüşünün vaxtı nümayəndə heyətlərinin gəlişindən asılı olaraq müəyyən ediləcək. Lakin zərurət yaranarsa, görüşlər bu gün və sabah keçiriləcək. Həll prosesini asanlaşdırmaq üçün Ukrayna ordusu Donbassdan geri çəkilməlidir", - deyə o qeyd edib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm