Dünya
Rusiyaya qarşı növbəti sanksiyalar dalğası gəlir
Avropa Parlamenti Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini təklif edəcək.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Avropa Parlamenti müvafiq qətnamə layihəsini sabah müzakirə edəcək.
Qətnamə layihəsində Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi, həmçinin indikatorlar sisteminin tətbiqi təklif edilir. Sənəd qurumun əsas fraksiyaları tərəfindən birgə hazırlanıb. Bir qayda olaraq, bu cür birgə layihələr hər hansı dəyişikliklər edilmədən Avropa Parlamentinin iclasında qəbul edilir.
Gözləntilərə baxmayaraq, sənəd Luqansk və Donetsk “xalq respublikaları”nın terror təşkilatları kimi tanınmasını nəzərdə tutmur. Baxmayaraq ki, deputatların bir hissəsi bunu tələb edirdi və dünən Ukrayna prezidenti Pyotr Poroşenko da Avropadan belə bir gözləntisinin olduğunu dilə gətirib.
Avropa Parlamenti həmçinin “Rusiya Federasiyasının təcavüzkar və ekspansiya siyasətini”, “Rusiyanın Ukraynaya qarşı elan edilməyən hibrid müharibə aparmasını” ittiham edir və “Moskvanı təxirə salmadan Ukraynaya silah, muzdlular və hərbçiləri çatdırmasını” dayandırmağa çağırır.
Avropa Parlamentinin fikrincə, Rusiya Federasiyasına təzyiqin əsas elementi olaraq sanksiyalar qalmalıdır.
Ömər Dağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ