Dünya
Qərbin gətirdiyi “demokratiya” – xaosa yuvarlanan ölkə
Parisdəki terrora görə milyonların iştirak etdiyi mitinq təşkil edən və özləri də insanların önünə düşən Qərb liderlərinin sifətlərindəki “üzüntü”, saxtakar çıxışları ikrah doğurur. Məgər “terror cinini” butulkadan onlar buraxmayıb? Başqa ifadə ilə desək, nə əkərsən, onu da biçərsən!
Afrikanın ən inkişaf edən, çiçəklənən ölkəsini bombalayarkən bunu düşünmək lazım idi. Bunlar uzaq keçmişdə olmayıb. Ancaq Qərbin necə bir “demokratiya” ixrac etdiyi və nəticələri dəhşət doğurur. Söhbət Liviyadan gedir...
“Qərb liderləri cinayətkardır”
Bu ölkədəki müharibə haqda ən qərəzsiz sənədli film Norveçdə çəkilib. Norveç təyyarələri həmin vaxt Liviya ərazisinə 588 bomba atıblar. Pilotlar deyirlər ki, onları oraya göndərənlər dəqiq haranı bombalayacaqlarını demirlərmiş. Sadəcə, harada gözəgəlimli obyekt varsa, məhv etməyi əmr edirlərmiş.
Norveç parlamentində Liviya məsələsi müzakirə olunanda deputatların telefonuna mesaj gəlirmiş: “BOMBALAMALIYIQ, Amerikadan zəng gəlib. Belə məsləhətdir, çox müzakirə etməyin”.
Liviya işğalında iştirak edən digər ölkələrin parlamentarilərinə də bu cür telefon mesajları gəlirmiş.
Afrikada 20 il yaşamış norveçli yazıçı Hanna Nabintu Herland yazır: “Əgər bu dünyada ədalət olsaydı, indiki Qərb liderlərini digər ölkələrdə törətdikləri vəhşiliklərə, insanlığa qarşı cinayətə görə Haaqa tribunalına cəlb edib mühakimə etməliydilər”.
Qəddafinin zamanında azad olan qadınlar
Herland deyir ki, Qəddafi dönəmində Liviya Afrikanın ən nümunəvi ölkəsi olub: “Qəddafi qadınların hüquqlarını qoruyurdu. Onun zamanında liviyalı qadınlar universitetlərdə oxuyur, ictimai həyatda fəal iştirak edir, vəzifələrdə çalışırdılar. Qərb dövlətlərindən telefonla mesaj alan parlamentarilər bundan xəbərsizdirlər.
İndi nə baş verir? Ölkədə şəriət qanun-qaydası yaradılıb. Qəddafinin vaxtında azad olan qadınlar indi qul kimi İŞİD döyüşçülərinə satılır”.
Qərb işğalından ən çox qazananlar isə özlərinə müsəlman deyən radikallar oldu. İndi onları dayandıracaq qüvvə yoxdur. Liviyanın xristian əhalisi isə soyqırıma uğrayır.
Xristianlar edam edilir
Liviyanın, demək olar ki, bütün şəhərlərində xristianlara hücumlar edilir. Nümunə kimi elə bu ilin əvvəlindən Sirt şəhərində baş verənlərə nəzər salaq. Yanvarın 3-də bu şəhərdə 13 xristian oğurlanıb. Yanvarın 12-də isə İŞİD üzvləri 21 xristianı oğurlayaraq naməlum istiqamətdə aparıblar.
Terrorçular binaları mühasirəyə alıb, bütün mənzillərə bir-bir baxış keçiriblər. Sənədlər yoxlanılıb. Xristian olanları özləri ilə aparıblar.
Xristian Hanna Əziz deyir: “3 qohumum yoxa çıxıb. İndi oturub evdə gözləyirəm. Yəqin ki, mənim də arxamca gələcəklər. Bu sondur”.
Xristianları həm İŞİD, həm də Liviyadakı digər radikal islam qruplaşması “Ansar Əş Şəriyə” (tərcüməsi “Şəriət tərəfdarları”dır) edam edir.
“Ansar Əş Şəriyə” Benqazi şəhərində xristianları ələ verən, yerlərini deyənlərə mükafat da ayırıb. Ələ keçən xristianları şəhərdən 35 kilometr aralıya, səhraya aparıb güllələyirlər.
Obama və müttəfiqlərinin müstəqil bir ölkəyə gətirdikləri “demokratiyanın” iç üzü budur. Deməli, onlara bu sərf edir!
İlqar Atabəyli
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO
-
MDB09:55
Təyyarə qəzasında yaralanan 9 nəfər Qazaxıstandan bu ölkəyə aparıldı - VİDEO