ABŞ niyə hələ də İrana hücum edə bilmir? - Səbəb bu imiş
Bizi izləyin

Dünya

ABŞ niyə hələ də İrana hücum edə bilmir? - Səbəb bu imiş

Donald Tramp hələ İranda xüsusi əməliyyat həyata keçirməyib, çünki bu, o qədər də asan deyil.

Publika.az xəbər verir ki, bunu israilli politoloq Yakov Kedmi bildirib.

Onun sözlərinə görə, əgər ABŞ ordusu prezidentə minimal itki ilə bütün əsas məqsədlərə çatma zəmanəti verə bilsəydi, əməliyyat artıq baş tutmuş olardı. Onun olmaması isə ABŞ qüvvələrinin hazırda İranda 2026-cı ilin əvvəlində Venesuelada olduğu kimi sürətli və effektiv hərəkət etmək üçün kifayət qədər silah və personalının olmadığını göstərir.

Ekspert əlavə edib ki, İranda hakim rejimi dəyişdirmək və ya hər hansı digər məqsəd üçün xüsusi əməliyyat keçirmək üçün daha çox əsgər və texnika lazımdır: "Əgər Tramp indi əməliyyata başlasa, ciddi uğursuzluq riski daşıyır ki, bu onun nüfuzuna böyük zərər verəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm