İdman
MLS-in ən dəyərli klubları açıqlandı: “İnter Mayami” birinci, Nərimanın komandası isə...
ABŞ-ın ən dəyəli futbol klublarının siyahısı açıqlanıb.
Publika.az xəbər verir ki, “Sportico” nəşrinin dərc etdiyi hesabata əsasən, “İnter Mayami” ilk dəfə MLS-in ən bahalı klubu olub. Lionel Messinin çıxış etdiyi klubun dəyəri 1,45 milyard dollar qiymətləndirilir. Mayami təmsilçisi öz dəyərini 22% artıraraq son 4 il ərzində birinci yerdə qərarlaşan “Los-Anceles”i (1,4 milyard dollar) geridə qoyub.
Bildirilir ki, artıq MLS-də beş klubun dəyəri 1 milyard dollar həddini keçib. “İlk beşliy”ə həmçinin “Los-Anceles Qelaksi” (1,17 milyard), “Atlanta” (1,14 milyard) və “Nyu-York Siti” (1,12 milyard) daxildir.
Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin transfer olunduğu “Kolumbus Kryu” siyahıda 8-cidir. “Qara-qızılılar”ın dəyəri 800 milyon dollardır. Klub ötən illə müqayisədə 10%-lik artıma nail olub.
Hesabata görə, MLS klublarının ümumi dəyəri 23 milyard dollara çatır. Artıma baxmayaraq, futbol klubları hələ də dəyər baxımından NFL, NBA, MLB və NHL komandalarından xeyli geri qalır.
Beş liqa arasında “İnter Mayami” 154 komanda içərisində 116-cı yerdə qərarlaşıb. Reytinqə “Dallas Kovboys” (NFL, 12,8 milyard dollar), “Qolden Steyt” (NBA, 11,33 milyard) və “Los-Anceles Rems” (NFL, 10,43 milyard) başçılıq edir.
Heybət
-
Qoroskop00:15Günün ulduz falı - Səthi sevinc sizi qane etməyəcək
-
Magazin17 Mart 23:00Könül Kərimovaya qarşı 245 minlik dələduzluq
-
Region7 Mart 22:48Rusiya müharibədə İrana görün necə kömək edir
-
Magazin17 Mart 21:30Kəmalə Günəşlidən Cavan Zeynallı ilə bağlı qalmaqallı sözlər - “Əli əsə-əsə...”
-
Magazin17 Mart 19:36Nigar ona təhqirlər yazan şəxsin fotosunu paylaşdı
-
Hadisə7 Mart 17:20Şəmkirdə 16 yaşlı qız ana oldu
-
MDB7 Mart 17:13Rusiyada bankı partlatdılar
-
Nida Xəbər 7 Mart 16:555 ölkədə 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib




































