MDB
Rusiya sovet dövründən qalma 20 min bomba sığınacağını bərpa edir: Nəyə hazırlıq görülür?
Rusiya Fövqəladə Hallar Nazirliyi hazırda ölkənin 82 bölgəsində 20 mindən çox bomba sığınacağını bərpa edir.
Publika.az xəbər verir ki, bu barədə nazirliyin rəhbəri Aleksandr Kurenkov nazirliyin yekun kollegiyasının genişləndirilmiş iclasında bildirib. Onun sözlərinə görə, 45 bölgədə xəbərdarlıq sisteminin hazırlıq planları təsdiqlənib. Sığınacaqların və təxliyə məntəqələrinin ünvanları Dövlət Xidməti portalında yerləşdirilib.
Rusiya hakimiyyəti Sovet dövründən qalma sığınacaqların genişmiqyaslı yenidən qurulmasına və modernləşdirilməsinə yalnız 2025-ci ilin may ayının sonlarında başlayıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bu işlər təxminən 155 milyard rubl tələb edəcək.
Fövqəladə Hallar Nazirliyinin 2022-ci il məlumatlarına görə, ölkə üzrə bomba sığınacaqların təxminən 67%-i istifadəyə tamamilə yararsız hesab olunur. Yalnız 16%-i atəş və ya nüvə təhlükəsi halında vətəndaşları effektiv şəkildə qoruya bilir, digər 17%-i isə qismən istifadəyə hazırdır.
İstifadəyə yararsız və qismən istifadəyə yararlı sığınacaqların yoxlanılması zamanı konstruksiya zədələnməsi, çürümüş elementlər, kif və pas, sınmış qapı və pəncərələr qeydə alınıb. Su, kanalizasiya və elektrik enerjisi çox vaxt mövcud olmayıb və girişlər torpaq, zibil və ya digər əşyalarla bağlanıb.
Tural
-
Sosial04:30Bakıda 200-dən çox ev sökülür: ərazidən sürət qatarı keçəcək - Video
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal23 Sentyabr 21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə23 Sentyabr 20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat23 Sentyabr 18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika23 Sentyabr 16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial23 Sentyabr 14:54Zeynəb Xanlarova əməliyyat olundu

















.jpg)



















