Elm və təhsil
Bu şagirdlər 11-ci sinifdə buraxılış imtahanını yeni formatda verəcəklər
"Hər il kurikulumun hansı meyarlarından istifadə olunacağına, hansılarının tətbiq edilməyəcəyinə dair Elm və Təhsil Nazirliyi ilə daimi müzakirələr aparılır. Çünki biz, xüsusilə buraxılış imtahanlarının nəticələrini hər zaman təhlil edirik və həmin nəticələr əsasında növbəti ilin qəbul proqramını formalaşdırırıq. Qəbul proqramı isə əvvəlcədən elan olunur".
Publika.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, qəbul proqramı orta məktəb proqramına əsaslanır: "Qəbul proqramında orta məktəbdə tədris olunan mövzuların sayı azala bilər, amma çox ola bilməz. Yalnız bir dəfə qəbul proqramında dəyişiklik olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Qələbə qazandıq və bununla əlaqədar həmin faktlar tarix fənninə əlavə edildi. Hesab edirəm ki, heç kim buna etiraz edə bilməz. Çünki tarix dəyişdi və bu hadisəni hamımız birlikdə yaşadıq".
DİM sədri qeyd edib ki, dərsliklərin məzmununun yenilənməsi, yeni kurikulumun yazılması və meyarların müəyyənləşdirilməsi daimi gedən prosesdir: "Biz bu prosesi diqqətlə izləyirik. İmtahana hansı mövzuların daxil ediləcəyini Elm və Təhsil Nazirliyi ilə müzakirə edirik və bu, birgə qərar əsasında müəyyən olunur".
Məleykə Abbaszadə ingilis dili fənninin buraxılış imtahanlarında tətbiqinə də toxunub: "İngilis dili üzrə buraxılış imtahanı bütün şagirdlər üçün keçirilir. Bir il əvvəl IX siniflər üçün yeni imtahan modelini tətbiq etdik. Bu model üzrə IX sinfi bitirən şagirdlər XI sinifdə də buraxılış imtahanını yeni formatda verəcəklər. Hazırda həmin şagirdlər X sinifdə oxuyurlar və 2027-ci ildə esse yazmaq üçün yeni modelə uyğun şəkildə hazırlaşırlar".
-
Dünya14:00CIA direktorunun Moskvaya gizli səfəri: Trampın Rusiya ilə bağlı planı üzə çıxdı
-
Rəsmi xronika13:41İlham Əliyevin sosial media hesablarında Paşinyanla görüşündən paylaşım edildi
-
Nida Xəbər 13:38Əli Əsədov Oljas Bektenovu təbrik etdi
-
Sosial12:54Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
-
Nida Xəbər 11:30İslam Rzayevin həbs müddəti uzadıldı
-
Region10:42Putin Köçəryanı təbrik etdi: Görün nə arzuladı
-
Rəsmi xronika10:38İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verdi
-
MDB10:1810 il işləyən həkimə EV VERİLSİN - Yeni təklif




















.jpg)













