Etirazların qarşısını almaq üçün yeganə yol: İranda universitetlər bağlandı
Bizi izləyin

Dünya

Etirazların qarşısını almaq üçün yeganə yol: İranda universitetlər bağlandı

İrandakı bəzi universitetlər fəaliyyətlərini il sonunadək distant şəkildə davam etdirəcəklər.

Publika.az İran mediasına istinadən xəbər verir ki, bu barədə Xarəzmi və İslam Azad universitetləri rəsmi məlumat yayıblar.

Bəyanatlarda təhsil fəaliyyətlərinin planlaşdırılmış cədvələ uyğun olaraq həyata keçiriləcəyi və heç bir fasilənin olmayacağı vurğulanıb.

Qeyd edək ki, bu qərar İrandakı bəzi universitetlərdə hökumət əleyhinə etirazların başlamasından sonra verilib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm