"Qarabağ" son 5 ilin dünya reytinqində neçəncidir?
Bizi izləyin

İdman

"Qarabağ" son 5 ilin dünya reytinqində neçəncidir?

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2021-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək olan müddətə əsasən klubların dünya reytinqini açıqlayıb.

Publika.az xəbər verir ki, "Qarabağ" 501 komandadan ibarət siyahıda 71-ci pillədə qərarlaşıb. Azərbaycan çempionunun aktivində 768,75 xal var.

Digər klublarımızdan "Neftçi" 300 xalla 375-ci, "Zirə" 290,5 xalla 399-cu, "Sabah" 283,25 xalla 411-ci ola bilib.

İFFHS-in sıralamasına İspaniyanın "Real" klubu (1753 xal) başçılıq edir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm