DÇ-2026 Meksikadan alınacaq? - FİFA prezidentindən müəmmalı açıqlama
Bizi izləyin

İdman

DÇ-2026 Meksikadan alınacaq? - FİFA prezidentindən müəmmalı açıqlama

FİFA prezidenti Canni İnfantino ölkədəki gərgin vəziyyət fonunda 2026-cı il dünya çempionatı oyunlarının Meksikada keçirilməsi ehtimalı ilə bağlı fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, İnfantinonun AS nəşrinə açıqlaması qısa və qeyri-müəyyən olub:

"Vəziyyət sakitdir, hazırda hər şey normaldır. Ümumilikdə turnirin problemsiz keçəcəyini gözləyirik".

Xatırladaq ki, fevralın 24-ü, Meksika Silahlı Qüvvələrinin xüsusi əməliyyatı nəticəsində ölkənin ən böyük narkokartellərindən biri olan CJNG-nin lideri, El Menço ləqəbi ilə tanınan Nemesio Oseqera öldürülüb. Bundan sonra Meksikanın bir neçə şəhərində iğtişaşlar başlayıb. Kartel üzvləri avtomobilləri yandırıb və yolları bağlayıblar.

2026-cı il dünya çempionatının ABŞ, Meksika və Kanadada 11 iyun – 19 iyul tarixlərində keçirilməsi nəzərdə tutulur. Meksikada turnirin oyunları Mexiko, Monterrey və Qvadalaxara şəhərlərində baş tutacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm