Sosial
Quru sərhədlərlə bağlı əhaliyə şad xəbər
Azərbaycanın quru sərhədlərinin uzun müddətdir bağlı qalması cəmiyyətdə müzakirələri davam etdirir. Xüsusilə, xaricə səfər edən vətəndaşların artan xərcləri fonunda sərhədlərin açılması və ya alternativ mexanizmlərin tətbiqi məsələsi yenidən gündəmə gəlib. Maraqlıdır, quru sərhədlər tam açılmadan əvvəl xüsusi marşrutların tətbiqi real variant kimi nəzərdən keçirilə bilərmi?
Publika.az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, artıq 6 ildir Azərbaycanda quru sərhədlərin bağlı qalması ictimai narazılıq doğuran əsas məsələlərdən birinə çevrilib.
Onun sözlərinə görə, bu vəziyyət xüsusilə xaricə gedən vətəndaşların əlavə maliyyə xərcləri ilə üzləşməsinə səbəb olur.
“Azərbaycan nadir ölkələrdəndir ki, quru sərhədləri hələ də bağlı qalır. Karantin rejiminin uzadılması əsasən koronavirusla əsaslandırılsa da, artıq cəmiyyətdə bu arqument əvvəlki təsirini itirib və insanlar bunu ciddi qəbul etmir. Əvvəllər təhlükəsizlik amili əsas səbəblərdən biri kimi göstərilirdi, lakin hazırkı mərhələdə bu risklər də əvvəlki qədər aktual görünmür”.
Cavanşir Abbaslının fikrincə, quru sərhədlərin tam və sürətli şəkildə açılması risk hesab edilərsə, mərhələli keçid variantı kimi xüsusi marşrutların tətbiqi real alternativ ola bilər. O, hesab edir ki, hakimiyyət bu istiqamətdə addımlar ata və məhdud marşrutlar vasitəsilə gediş-gəlişi tənzimləyə bilər.
Ekspert əlavə edib ki, yaxın aylarda quru sərhədlərin tam açılması real görünmür:
“Yaya qədər sərhədlərin açılacağını düşünmürəm. Proses gələn ilə qədər də uzana bilər. Qarşıda duran milli məsələlər tam həll olunandan sonra sərhədlərin bağlı qalmasına ehtiyac qalmayacaq”.
Ekspertin qənaətinə görə, xüsusi marşrutların tətbiqi yaxın dövrdə müzakirəyə çıxarıla və bu istiqamətdə müsbət qərar qəbul oluna bilər.
-
Nəqliyyat21:00Bakıda bu küçələr 2 günlük bağlanır
-
İnanc19:40Ramazanın 6-cı günü: Dua, imsak və iftar vaxtı...
-
Nida Xəbər 18:50Baş nazir qərar imzaladı: Bu ödənişlərlə bağlı...
-
İdman18:30“Nyukasl” – “Qarabağ”: Komandaların şansları açıqlandı
-
MDB17:07Zelenski etiraf etdi: Görün iki il harada yaşayıb
-
Nida Xəbər 16:42Azərbaycan bayraqları İrəvan divarlarında: Türkləşmək istəmirik - FOTO
-
Region15:12Tibbi sığorta sisteminin fiaskosu: Ermənistanda həkimlərin etirazı başladı
-
Nida Xəbər 14:40İsa Həbibbəyli Ramiz Mehdiyevin kadrına yüksək vəzifə verdi - GİZLİ TƏYİNAT


















.jpg)


















