Dünya
Pakistan-Əfqanıstan arasında toqquşma: 78 nəfər öldü - Yeniləndi
Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstanın Nəngərhar əyalətindəki hərbi mövqelərinə zərbələr endirib.
Publika.az xəbər verir ki, bu barədə "Geo" TV təhlükəsizlik mənbələrinə istinadla məlumat yayıb.
Qeyd olunub ki, zərbə nəticəsində bölgədəki böyük bir sursat anbarı məhv edilib. Həmçinin 78 Taliban döyüşçüsü öldürülüb, 120-dən çox əsgər yaralanıb.
Daha əvvəl Pakistan və Əfqanıstan hərbçiləri arasında Əfqanıstanın altı sərhəd əyalətində silahlı toqquşmaların başladığı bildirilirdi .
xxx
23:24 - 26.02.25
Pakistan-Əfqanıstan sərhədində atışma baş verib.
Publika.az xəbər verir ki, bu barədə “Media Today” mənbələrə istinadla məlumat yayıb.
Qeyd edilib ki, Pakistanla sərhəddə baş verən döyüşdə təxminən 22 əfqan əsgəri həlak olub.
xxx
22:24
Əfqanıstanın altı əyalətində Pakistan və Əfqanıstan orduları arasında toqquşmalar davam edir.
Publika.az xəbər verir ki, bu barədə “TOLO News” yerli “Facebook” mənbələrinə istinadla məlumat verir.
"Hərbi əməliyyatlar Nangarhar, Nuristan, Kunar, Xost, Paktiya və Paktika əyalətlərində aparılır", - Əfqanıstan təhlükəsizlik qüvvələrindəki mənbə nəşrə bildirib.
Mövcud məlumata görə, Nangarhar, Nuristan, Kunar, Xost, Paktiya və Paktika əyalətlərində atışmalar gedir. Toqquşmalar iki ölkə arasında Kabilin tanımadığı Durand Xətti yaxınlığında baş verir.
Hüseyn İbadlı
-
ABŞ09:33ABŞ daha bir ölkəyə qarşı hərbi əməliyyata başlaya bilər - Müzakirə aparılır
-
ABŞ09:00ABŞ-da növbəti "şatdaun" - Tramp tarix verdi
-
Hadisə08:30Ağdamda daha bir güclü yanğın başladı - Yeniləndi
-
ABŞ08:10ABŞ İrana qarşı növbəti hücum dalğasını başa çatdırdı - Yeniləndi
-
Səhiyyə07:55Tarif Şurasının yeni qərarı bu gündən qüvvəyə minir
-
Dünya04:30Bu baş verərsə... - İrandan Trampın təhdidlərinə cavab
-
Avropa03:44Bu ölkə diplomatlarını İrandan çıxardı
-
Region01:20Fırtına İstanbulu bu hala saldı - Video












.jpg)




.jpg)















