Dünya
Bəşəriyyəti xilas edəcək kiber tarakanlar hazırlanır - FOTO
Yaponiyalı alimlər uzaqdan idarə oluna bilən və axtarış-xilasetmə əməliyyatlarında istifadə edilməsi planlaşdırılan “kiber tarakanlar” hazırlayıblar.
Publika.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
Bildirilib ki, elektron sistemlərlə təchiz edilən həşəratlar təbii hərəkət qabiliyyətlərini qoruyur. Onların üzərinə yerləşdirilən ultra yüngül “bel çantası” günəş elementləri və kiçik batareyadan ibarətdir. Sistem tarakanın hərəkətinə mane olmadan idarəetmə mexanizmlərini enerji ilə təmin edir.
Mikroelektrodlar vasitəsilə göndərilən elektrik siqnalları sayəsində həşəratları sağa və sola yönləndirmək, dayandırmaq və irəlilətmək mümkündür. Tədqiqatçılar bildirirlər ki, kiber tarakanlar əzələlərindən istifadə etdikləri üçün ənənəvi robotlardan daha az enerji sərf edirlər.
Alimlər xüsusi “dalğıc geyimi” sayəsində kiber tarakanları su altında da istifadə etməyə nail olublar. Sistem hidrogen peroksid və manqan dioksidin reaksiyası nəticəsində oksigen istehsal edərək onu həşəratın tənəffüs dəliklərinə ötürür. Bunun sayəsində tarakanlar 50 santimetr dərinlikdə təxminən 3 saat hərəkət edə bilirlər.
Gələcəkdə bu texnologiyadan dağıntılar altında sağ qalan insanların aşkarlanması, boru kəmərləri və tunellərin yoxlanılması, həmçinin robotların çata bilmədiyi çətin ərazilərin, o cümlədən Marsın tədqiqində istifadə edilməsi planlaşdırılır.
Müəllif: Roza
-
Elm və təhsil18:40Universitetlərə 5 illik xüsusi status veriləcək - Tələblər təsdiqləndi
-
ABŞ17:18Tramp Vensi İran danışıqlarından kənarlaşdırdı - Səlahiyyətləri dəyişdirildi
-
Sosial15:24Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
-
MDB14:36Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır
-
Sosial14:21Bakıda baş redaktor həbs edildi - FOTO
-
Region12:54İranın üçdə biri qazsız qalıb: Nazir müavini ağır günlərin olacağını bildirdi
-
Elm və təhsil12:36Müəllimlərin orta aylıq maaşı açıqlandı
-
Elm və təhsil11:54Təhsilə 5 milyard ayrılır: Hansı sahələrə yönəldiləcək?



















.jpg)


















