Dünya
Türkiyə ilə bağlı sensasion iddia: Növbəti 10 ildə nələr baş verəcək?
Türkiyənin son illərdə artan strateji əhəmiyyəti “Eurasia Review” nəşri tərəfindən təhlil olunub.
Publika.az xəbər verir ki, nəşrdə Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın təhlükəsizlik balansında baş verən dəyişikliklər fonunda Türkiyənin NATO daxilindəki rolu qiymətləndirilib.
Təhlilə görə, Türkiyənin strateji əhəmiyyəti artıq yalnız onun coğrafi mövqeyi ilə izah edilə bilməz. Qara dənizə çıxışı, NATO-nun ikinci ən böyük ordusuna sahib olması, inkişaf edən müdafiə sənayesi və diplomatik imkanları Ankaranın İttifaq daxilindəki rolunu daha da gücləndirib.
Türkiyənin Türk boğazlarına nəzarət edən yeganə NATO üzvü olduğu vurğulanaraq, ölkənin Qara dəniz təhlükəsizliyi baxımından unikal mövqeyə sahib olduğu bildirilib. Ankaranın Montrö Konvensiyasını tətbiq etməsi isə beynəlxalq hüququn regional sabitliyin qorunmasındakı roluna nümunə kimi göstərilib.

Təhlildə Türkiyənin müdafiə sənayesinin də xüsusi əhəmiyyət daşıdığı qeyd olunub. “Baykar”, “TUSAŞ”, “Roketsan” və “ASELSAN” tərəfindən hazırlanan texnologiyaların ölkənin xarici asılılığını azaltdığı və NATO-nun kollektiv müdafiə imkanlarına töhfə verdiyi bildirilib.
Rusiya-Ukrayna müharibəsi dövründə həm Kiyev, həm də Moskva ilə diplomatik kanalları açıq saxlayan az sayda ölkələrdən birinin Türkiyə olduğu vurğulanıb. Təhlilə görə, Rusiya-Ukrayna müharibəsi başa çatsa belə, Avropa uzun illər geosiyasi rəqabət, hərbi modernləşmə və regional qeyri-sabitliklə üzləşəcək. Bu şəraitdə Türkiyənin hərbi gücü, inkişaf etmiş müdafiə sənayesi, əməliyyat təcrübəsi və diplomatik əlaqələri sayəsində NATO daxilində daha da kritik rol oynayacağı gözlənilir.
“Eurasia Review” Türkiyənin qarşıdakı 10 il ərzində NATO-nun inkişaf edən təhlükəsizlik arxitekturasında və Avro-Atlantik təhlükəsizliyin formalaşmasında əsas aktorlardan biri olaraq qalacağını qeyd edib.
Müəllif: Roza
-
Nida Xəbər 19:55Prezidentin dövlət səfəri Özbəkistan mətbuatında - FOTO
-
Magazin219:00"Klon"un 74 yaşlı ulduzu gəncliyin əsas sirrini açdı - FOTO
-
MDB18:48Tokayev vitse-prezidentin adını bu tarixdə açıqlayacaq
-
Nida Xəbər 18:36Leyla Əliyeva oğulları ilə Daşkənddə - FOTO
-
İdman18:00Haaland uzun saçlarını qırxdırdı - FOTO/VİDEO
-
Nida Xəbər 17:50Sənədlərin imzalanmasına hazırlıq görülür - VİDEO
-
Nida Xəbər 16:50İkitərəfli layihələrə həsr olunmuş videoçarx nünayiş etdirildi
-
Nida Xəbər 15:36“Çalışırıq ki, Azərbaycan və özbək dillərinin kombinasiyasında danışaq” - VİDEO





















.webp)


.jpg)











