Homoseksualların iddiası qəbul olundu
Bizi izləyin

Dünya

Homoseksualların iddiası qəbul olundu

ABŞ Ali Məhkəməsi iki saat yarımlıq müzakirədən sonra Kentucki, Miçiqan, Ohayo və Tennessi ştatlarından olan bir neçə homoseksual cütlüyün irəli sürdüyü məhkəmə iddialarını icrata qəbul edib.

Publika.az-ın məlumatına görə, iddiaçılar yaşadıqları ştatlarda qüvvədə olan eynicinsli cütlər üçün kəbin kəsilməsi qadağasının ABŞ Konstitusiyasına zidd olduğunu düşünürlər.

Məsələ ilə bağlı məhkəmə dinləmələri aprel ayında başlamalıdır, qərarın isə iyun ayının sonunda veriləcəyi gözlənilir. Məhkəmə ya bütün ABŞ ərazisində eynicinsli nigahları qanuniləşdirəcək, və ya cari qaydanı qüvvədə saxlayaraq ştatlara bu məsələyə yanaşmada sərbəstlik verəcək.

ABŞ-da eynicinsli nigahlar indiyədək 50 ştatdan 36-da və eləcədə Kolumbiya federal dairəsində qanuniləşdirilib.

ABŞ-da Ali Məhkəmə Konstitusiya maddələrinin məzmununu və yozumunu müəyyən edən ən yüksək və sonuncu məhkəmə instansiyasıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm