Dünya
Təyyarə qəzadan öncə havada partlayıb – Ziddiyyət
İndoneziya tədqiqatçıları 162 nəfərin ölümü ilə nəticələnən AirAsia sərnişin təyyarəsinin qəzaya uğramasından sonra apardıqları araşdırmalarda heç bir terror dəlilinə rast gəlmədiklərini açıqlayıblar.
Axar.az xəbər verir ki, rəsmilər fəlakətə pis hava şəraitinin səbəb olduğuna inandıqlarını bildiriblər.
"Əgər dalğıclar təyyarəyə daxil olub gövdədə axtarış apara bilsəydilər, biz səbəbləri axtarıb tapa bilərdik. Lakin dalğıclar çətin şəraitə görə heç təyyarənin arxa hissəsinə belə çata bilməmişdilər. Bu da bizim əməliyyatımızda maneələr yaratdı", - İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyi Əməliyyatları direktoru açıqlamasında belə deyib.
İndoneziya Milli Nəqliyyat Təhlükəsizliyi Komitəsi isə irəli sürülən bu fikirlərə zidd olaraq qeyd edib ki, sübutlar onu göstərir ki, təyyarə qəzaya uğramamışdan öncə havada partlayıb.
Təhqiqatçılar qəzaya uğramış təyyarənin istintaqının ilkin hesabatını gələn həftə bitirmək istədiklərini deyiblər: “Tam hesabatın hazır olması bir il çəkə bilər”.
Artıq iki saat davam edən səs qeydinin ilk yarısı yazıya köçürülüb. Əməliyyat qrupu səs yazısının köçürülməsinin bu həftə bitəcəyinə ümid edir.
Xatırladaq ki, “AirAsia” şirkətinə məxsus A320-200 təyyarəsi dekabrın 28-də İndoneziyanın Surabaya adasından Sinqapura uçarkən radarlardan itmişdi. Hadisə nəticəsində təyyarədə olan 162 sərnişin və ekipaj üzvündən heç bri xilas ola bilməyib.
-
Qoroskop00:55
Günün qoroskopu: mühüm qərarları ertələməli olacaqsız
-
Sosial6 Dekabr 22:56
Baş seysmoloq yüksək zəlzələ ehtimalı olan əraziləri AÇIQLADI - VİDEO
-
Ekopublika.az6 Dekabr 22:08
Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - QƏRAR
-
Hadisə6 Dekabr 21:43
Azərbaycanda tələbə qəfil öldü - FOTO
-
Magazin26 Dekabr 21:19
Maykl Ceksonun qızı nişanlandı - Fotolar
-
Nəqliyyat6 Dekabr 19:45
Bu avtobusun gediş haqqı 80 qəpik olacaq
-
Kriminal6 Dekabr 19:15
Bakıda liftlərdə uşaqlara əxlaqsız hərəkətlər edən manyak saxlanıldı - FOTO
-
Kriminal6 Dekabr 19:05
Ramin Deko saxlanıldı