Dünya
“Uzanaraq pul qazanmağın asan yolu” - 24 saata qədər...
Şanxayda qeyri-adi bir istirahət tədbiri - sosial mediada qızğın müzakirələrə səbəb olan təbiət yuxusu müsabiqəsi keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə "Sohu" məlumat yayıb.
İştirakçılar təbii şəkildə oyanana qədər 24 saata qədər sadəcə yatmaq məcburiyyətindədirlər.
Təşkilatçı qismində "Shanghai Chongming" çıxış edir. Yarışda qələbə üçün baş mükafat 430 dollar təşkil edir, gələcək qalibi isə iştirakçılar və şəbəkə istifadəçiləri artıq "Yuxu Allahı" adlandırıblar.
Təşkilatçıların sözlərinə görə, tədbirə olan maraq gözləniləndən xeyli yüksək olub. Qeydiyyat başlayandan bəri 100-dən çox müraciət daxil olub, martın 21-nə planlaşdırılan ilk sessiya isə artıq tamamilə dolub. Növbəti tarix — martın 28-i üçün yerlər də demək olar ki, bitib.
Sosial şəbəkələrdə müsabiqə aktiv şəkildə müzakirə olunur və bir çoxları bunu zarafatla "uzanaraq pul qazanmağın asan yolu" adlandırırlar. Bununla belə, təşkilatçılar vurğulayırlar ki, tədbirin məqsədi təbiətdə istirahəti və yuxuya şüurlu yanaşmanı populyarlaşdırmaqdır.
Hüseyn İbadlı
-
Hadisə21:12Binəqədidə güclü yanğın: əraziyə polis əməkdaşları da cəlb olundu - YENİLƏNDİ
-
İdman20:48Silahlı şəxslər futbolçusunun evinə girdi - Anasını, qardaşını, sevgilisini…
-
Sosial20:24Azərbaycanda daha iki məşhur verilişin yayımı dayandırılır - Foto
-
Dünya20:12“Uzanaraq pul qazanmağın asan yolu” - 24 saata qədər...
-
İdman19:24"Milan" onu satmağa hazırdır - FOTO
-
Kriminal18:36Sosial şəbəkə mübahisəsi faciə ilə bitdi - 52 yaşlı kişi...
-
Enerji18:24Azərbaycanın neft ixrac etdiyi TOP 10 ölkə
-
Cənubi Qafqaz16:43Avropa Ermənistana yeni “ordu” göndərir – Paşinyanı qoruyacaqlar


















.jpg)




.jpg)











