İdman
Hidayət Heydərov yenidən millidə
Gürcüstanın paytaxtı Tbilisi 20–22 mart tarixlərində növbəti mötəbər cüdo yarışına ev sahibliyi edəcək.
Publika.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən keçiriləcək Böyük Dəbilqə turnirində Azərbaycan milli komandası da mübarizə aparacaq.
Yığma yarışa kişilərdən ibarət komandanın böyük məşqçiləri Elçin İsmayılov və Robert Kravçik, qadınlardan ibarət komandanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi altında qatılacaq.
Azərbaycan turnirdə 7 çəki dərəcəsində ümumilikdə 11 cüdoçu (6 kişi, 5 qadın) ilə təmsil olunacaq.
Üç gün davam edəcək yarışda 52 ölkədən 406 idmançı (250 kişi, 156 qadın) qüvvəsini sınayacaq. Dünya Turu seriyasına daxil olan turnirdə Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.
Azərbaycan millisinin heyətində kişilər arasında 66 kq çəki dərəcəsində Rəşad Yelkiyev və Turan Bayramov, 73 kq-da Kamran Süleymanov və Hidayət Heydərov, +100 kq-da isə Camal Qamzatxanovla Kənan Nəsibov yer alıb. Qadın cüdoçular arasında 48 kq-da Könül Əliyeva, 52 kq-da Leyla Əliyeva, 70 kq-da Südabə Ağayeva və Aytac Qardaşxanlı, +78 kq çəki dərəcəsində isə Madina Kaisinova Azərbaycanı təmsil edəcək.
Xatırladaq ki, H. Heydərov Özbəkistanda keçirilən Böyük Dəbilqə turnirindən sonra cəzalandırılaraq, millinin heyətindən kənarlaşdırılmışdı.
-
ABŞ09:30Trampın ən yaxın müttəfiqi xəstəxanaya yerləşdirildi: Kritik vəziyyətdədir
-
ABŞ09:00Əfqan mühacir ABŞ-ı qarışdırdı - Faciənin təsviri olan xalçalar satılır
-
Yaxın Şərq07:47Hörmüz boğazındakı yeni əməliyyatın təfərrüatları AÇIQLANDI
-
Ekologiya07:17Bu gün 24 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16“Səməni”nin içindən görün kim çıxdı - VİDEO
-
Sağlamlıq05:15Stressdən azad olmağın sadə və sürətli yolu
-
ABŞ02:42Sərnişin təyyarəsi işıq dirəyinə çırpıldı - Sonra çörək maşınının...
-
İdman01:11"İnter" vaxtından əvvəl İtaliya çempionu oldu




























.png)


.jpg)




