İdman
"Milan" onu satmağa hazırdır - FOTO
"Milan" hücumçusu Rafael Leaunu satmağa hazırdır.
Publika.az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, buna portuqaliyalı futbolçunun A Seriyasının XXIX turunda "Latsio" ilə matçda (0:1) əvəzlənməsinə verdiyi emosional reaksiya səbəb olub.
Martın 15-də baş tutan qarşılaşmanın 66-cı dəqiqəsində meydanı tərk etməli olan 26 yaşlı forvard narazılığını aktiv şəkildə ifadə etməyə başlayıb. Leau ona dəstək olmaq istəyən komanda yoldaşlarını itələyib və baş məşqçi Massimiliano Alleqriyə etirazını bildirib.
Mənbənin məlumatına görə, klub rəhbərliyi müqavilədəki 170 milyon avro təzminat məbləğinə baxmayaraq, futbolçu üçün gələn 80 milyon avrodan başlayan təklifləri dəyərləndirməyə hazırdır.
Qeyd edək ki, R.Leau 2019-cu ildən "Milan"da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə keçirdiyi 24 matçda 10 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı oyunçunun dəyərini 70 milyon avro qiymətləndirir.
-
ABŞ09:30Trampın ən yaxın müttəfiqi xəstəxanaya yerləşdirildi: Kritik vəziyyətdədir
-
ABŞ09:00Əfqan mühacir ABŞ-ı qarışdırdı - Faciənin təsviri olan xalçalar satılır
-
Yaxın Şərq07:47Hörmüz boğazındakı yeni əməliyyatın təfərrüatları AÇIQLANDI
-
Ekologiya07:17Bu gün 24 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16“Səməni”nin içindən görün kim çıxdı - VİDEO
-
Sağlamlıq05:15Stressdən azad olmağın sadə və sürətli yolu
-
ABŞ02:42Sərnişin təyyarəsi işıq dirəyinə çırpıldı - Sonra çörək maşınının...
-
İdman01:11"İnter" vaxtından əvvəl İtaliya çempionu oldu




























.png)


.jpg)




