Əmir Hatəmi vəd verdi: Laricaninin qisası alınacaq
Bizi izləyin

Dünya

Əmir Hatəmi vəd verdi: Laricaninin qisası alınacaq

İran, Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin İsrailin hava hücumu nəticəsində öldürülməsinə görə qətiyyətli cavab verəcək.

Publika.az BBC-yə istinadən xəbər verir ki, bu barədə İran ordusunun komnadanı Əmir Hatəmi açıqlama verib.

“Uyğun zaman və məkanda Amerika və sionist rejimə qarşı qətiyyətli, çəkindirici və peşmanedici cavab veriləcək”, - deyə o bildirib.

Hatəmi əlavə edib ki, Laricaninin və digər “şəhidlərin” qisası alınacaq.

Məlumata görə, ordudan ayrı fəaliyyət göstərən İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Laricaninin qisasını almaq üçün artıq İsrailin mərkəzinə raketlər atmağa başlayıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm