Yaxın Şərq
Ərbil və Bağdad razılaşdı: Türkiyə yeganə nicat yeridir
Ərbil və Bağdad Kürdüstandan Türkiyəyə boru kəməri ilə İraq neftinin ixracını bərpa etmək üçün razılığa gəliblər.
Publika.az xəbər verir ki, bu barədə İraq parlamentinin kürd üzvü “Rudaw”a bildirib.
İraqın neft naziri Hayyan Əbdül Qani “Rudaw”a bildirib ki, razılaşma çərşənbə günü səhər qüvvəyə minəcək.
Kürdüstan Demokrat Partiyasını (KDP) təmsil edən parlament üzvü Şervan Dubardani bildirib ki, tərəflər ixracın bərpasına yönəlmiş razılaşmanı yekunlaşdırıb.
"Ərbil və Bağdad neft ixracı ilə bağlı razılığa gəliblər və onun icrası sabah başlayacaq. Əvvəlcə Kürdüstan və Kərkük yataqlarından mövcud neft həcmləri birgə ixrac ediləcək", - deyə Dubərdani bildirib.
Qısa müddət sonra Baş nazir Bərzani Kürdüstan Regional Hökumətinin (KRH) neft kəməri ilə neft ixracını asanlaşdırmaq üçün təsdiqini ölkənin üzləşdiyi çətinliklərlə əlaqələndirib.
O, həmçinin bu prosesdəki roluna görə ABŞ-a təşəkkürünü bildirib.
İraq Kürdüstanının lideri bildirib ki, "Amerikalı tərəfdaşlarımıza bu prosesdəki roluna və dəstəyinə görə minnətdarlığımı".
İran strateji əhəmiyyətli Hörmüz boğazını faktiki olaraq bağladıqdan sonra Bağdadın ixracı əsasən dayandırıldı. O vaxtdan bəri federal hökumət ölkənin gəlirlərinin təxminən 90 faizini təşkil edən neft ixracı üçün alternativ yollar axtarır.
Tural
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
















.jpg)





















