Yaxın Şərq
Dünya müharibəsi an məsələsidir: "Domino effekti" işə düşür - Şok xəbərdarlıq
Yaxın Şərqdə alovlanan münaqişələr bəşəriyyəti uçurumun kənarına gətirib. Amerikalı politoloq Konstantin Bloxin bölgədəki gərginliyin Üçüncü Dünya müharibəsinə çevrilmə ehtimalı ilə bağlı ciddi xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, ekspert bu barədə "Lenta.ru"ya müsahibəsində danışıb.
Bloxin ABŞ prezidenti Donald Trampın "İrana hücum etməklə qlobal müharibənin qarşısını aldıq" fikirlərinə münasibət bildirərkən qeyd edib ki, bu cür bəyanatlar fonunda hər hansı bir cinayət "mənəvi addım" kimi qələmə verilə bilər.
Politoloqun fikrincə, bölgədəki hazırkı qeyri-sabitlik hər an böyük bir partlayışa səbəb ola bilər.
Ekspert vurğulayıb ki, hazırda dünyada "domino effekti" prinsipi işləyir. Belə ki, İranın ABŞ, İsrail və ərəb ölkələri ilə mübarizəsi sadəcə regional deyil, qlobal xarakter daşıyır. Çünki Tehranın arxasında onun strateji tərəfdaşları olan Rusiya və Çin dayanır. Digər tərəfdən isə ABŞ-ın rəsmi müttəfiqi olan Avropa İttifaqı daxilində də ciddi fikir ayrılıqları və problemlər mövcuddur.
"Burada böyük bir problemlər düyünü var və onu kəsib atmaq o qədər də asan deyil", - deyə Bloxin əlavə edib.
Politoloqun sözlərinə görə, hadisələrin gedişatı dünya liderlərinin siyasi iradəsindən asılıdır. O, dövlətləri təxribatlara uymamağa çağırıb.
Adəm
-
Rəsmi xronika16:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu - YENİLƏNDİ
-
Rəsmi xronika16:03İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - YENİLƏNDİ
-
Rəsmi xronika16:02Prezident sərəncam imzaladı
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
-
Nida Xəbər 12:04Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır
-
Rəsmi xronika11:00Prezident: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı






.jpg)










.jpg)





.webp)












.jpg)


