Region
İranın atom elektrik stansiyası hədəfdə - Reaktiv mərmi düşdü
İranın “Buşehr” atom elektrik stansiyasının (AES) ərazisinə reaktiv mərmi düşüb.
Publika.az xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatı (İAET) məlumat yayıb.
"Düşmən tərəfindən “Buşehr” AES-in meydançasına atılan mərmi nə maddi-texniki ziyana, nə də insan tələfatına səbəb olub", - deyə təşkilatdan bildirilib.
Qeyd edilib ki, zərbə çərşənbə axşamı yerli vaxtla saat 19:00 radələrində (Bakı vaxtı ilə 19:30) endirilib. İAET-dən vurğulanıb ki, baş verənlər bütün beynəlxalq normaların pozulmasıdır.
“Nüvə obyektlərinə hücum bütün region, o cümlədən Fars körfəzi ölkələri üçün düzəlməz nəticələrə səbəb ola bilər”, deyə təşkilatdan əlavə edilib.
Martın 15-də Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bəyan etmişdi ki, Yaxın Şərqdəki münaqişə səbəbindən hazırda "Buşehr" AES ətrafındakı vəziyyət əsas narahatlıq doğuran məsələdir.
Buşəhr atom elektrik stansiyası İranda və bütün Yaxın Şərqdə bu tipli ilk obyektdir. O, Buşehr şəhərinin yaxınlığında yerləşir. AES-in tikintisinə 1975-ci ildə başlanılıb, lakin onu sənaye istismarına yalnız 2013-cü ildə vermək mümkün olub. Bu, ən böyük Rusiya-İran layihəsidir.
Hüseyn İbadlı
-
Ekologiya18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto
-
İdman16:33Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
-
Nida Xəbər 14:38Baş nazir qərar imzaladı
-
Rəsmi xronika13:47Prezident Özbəkistana yeni səfir təyin etdi
-
Qoroskop13:10İlin ikinci yarısı onlara uğur gətirəcək - 4 bürcü xoş günlər gözləyir
-
İdman12:49DÇ-2026 zamanı şübhəli mərc - İspaniyanın bu oyununa 4,8 milyon pul qoyulubmuş
-
Dünya12:28Tramp bu ölkənin rəhbərlərini təhqir etdi - “Alçaqlar və dəlilər”






































