Sosial
Dünya od tutub yanacaq: Görünməmiş istilər gəlir - Alimlər tarixi açıqladı
Dünya görünməmiş iqlim fəlakəti ilə üz-üzədir. Alimlər builki yay mövsümündə qlobal temperaturu rekord həddə çatdıracaq “super El-Nino” hadisəsinin baş verəcəyini proqnozlaşdırırlar.
Publika.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Araşdırmaları İdarəsi (NOAA) iyun-avqust ayları arasında bu təbiət hadisəsinin yaranma ehtimalını 62% olaraq qiymətləndirib. Mütəxəssislər builki "El-Nino"nu gücünə görə “Qodzilla” ilə müqayisə edirlər.
Bildirilir ki, hazırda Sakit okeanda müşahidə olunan soyuq faza - “La-Ninya” yaxın həftələrdə sona çatacaq və onu kəskin isinmə əvəz edəcək. Əgər alimlərin proqnozları özünü doğrultsa, bu o deməkdir ki, okean suyunun temperaturu normadan 2 dərəcə daha çox isinəcək, dünya miqyasında anomal istilər və quraqlıq müşahidə olunacaq, Sakit okeanda qasırğalar güclənəcək, Atlantik okeanında isə nisbi sakitlik yaranacaq.
Meteoroloq Pol Pastelokun sözlərinə görə, payız və qış aylarında bu proses daha da şiddətlənə bilər. Noyabr ayına qədər hadisənin “super El-Nino” statusuna çatması ehtimalı isə 15%-dir.
Qeyd edək ki, "El-Nino" orta hesabla hər 2-7 ildən bir təkrarlanan təbii iqlim hadisəsidir və adətən 9-12 ay davam edir. Lakin bu il gözlənilən temperatur alimləri ciddi şəkildə narahat edir.
Adəm
-
Səhiyyə07:47Xəstə dişlərin ürəyə və beyinə ciddi təsiri aşkar edildi
-
Magazin106:16Azərbaycan 12 xalı bu ölkəyə verdi
-
Magazin103:43Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, vütün buzları əridə bilər
-
Sağlamlıq16 May 23:36Nazilə gəlini haqqında görün nələr deyib
-
Magazin216 May 23:00“Avroviziya-2026”nın finalı başladı - CANLI
-
Magazin216 May 22:48Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO

































.jpg)



