Orban şok rəqəmi açıqladı: Qeyri-qanuni miqrantlarla mübarizədə bu qədər xərclənib
Bizi izləyin

Dünya

Orban şok rəqəmi açıqladı: Qeyri-qanuni miqrantlarla mübarizədə bu qədər xərclənib

Macarıstan son bir neçə ildə qeyri-qanuni miqrantların qarşısını almaq üçün sərhədlərin qorunmasına 2 milyard avrodan çox vəsait xərcləyib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Viktor Orban Britaniyanın "GB News" telekanalına danışıb.

“Son bir neçə ildə ümumilikdə sərhəd müdafiə sisteminin saxlanmasına 2 milyard avrodan çox vəsait xərcləmişik”, - deyə o bildirib.

Orbanın sözlərinə görə, miqrasiya məsələsində əsas amil siyasi iradədir.

O qeyd edib ki, əgər hakimiyyət miqrant axınının qarşısını almaqda həqiqətən qərarlıdırsa, buna nail ola bilər.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm