Psixoloqdan valideynlərə tövsiyə: Tətil zamanı uşaqların rejimini pozmayın
Bizi izləyin

Dünya

Psixoloqdan valideynlərə tövsiyə: Tətil zamanı uşaqların rejimini pozmayın

Tətil zamanı uşaqlar üçün təkcə istirahət etmək deyil, həm də məktəbə qayıdışdan əvvəl stressdən qaçmaq üçün gündəlik rejimi qorumaq vacibdir.

Publika.az Rusiya mediasına istnadən xəbər verir ki, bunu uşaq və ailə psixoloqu Nadejda Rezenova bildirib.

Onun sözlərinə görə, tam dincəlmək balanslı olmalı, həm aktiv fəaliyyətləri, həm də sakit bərpa dövrlərini əhatə etməlidir.

“Əyləncəli, səyahətli və aktiv fəaliyyətlər olan tətillərdən sonra yenidən dincəlməyə ehtiyac olur. Ona görə də valideynlərə hər ikisini birləşdirməyi tövsiyə edərdim. Həm aktiv səfərlər etsinlər, həm də sakit şəkildə nələrsə izləsinlər”, - deyə psixoloq vurğulayıb.

O qeyd edib ki, ən vacib məqam gündəlik rejimə diqqət etməkdir:

“Hətta tətil zamanı da uşaq eyni saatda yatmalı və oyanmalıdır. Bu, orqanizmin dərsə daha asan uyğunlaşmasına kömək edir, narahatlıq səviyyəsini azaldır və hormonal sistemin normal fəaliyyətini dəstəkləyir”.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm