Nida Xəbər
Daha bir icra hakimiyyətində kütləvi ixtisar - 54 nəfər işdən çıxarıldı
Yerli icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Ağdam Rayon İcra Hakimiyyətində ixtisara düşən işçilərin sayı məlum olub.
Publika.az xəbər verir ki, aparılan islahatlar nəticəsində icra hakimiyyətində 60 vəzifə ləğv edilib.
Həmin vəzifələrdə çalışanlardan 6 nəfər icra hakimiyyətində müxtəlif vakant vəzifələrə təyin olunsa da, hazırda 54 nəfər işsizdir. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Həsənovun sərəncamı ilə vəzifəsini itirən həmin şəxslərin dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar.
Məlumata görə, vəzifəsini itirənlərdən 52 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyin baş məsləhətçisi – baş mühasibidir. 8 nəfər isə Ağdam Rayon İcra Hakimiyyətində müəyyən vəzifələrdə çalışanlardır.
Qeyd edək ki, bundan əvvəl icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı, Tovuz Rayon İcra Hakimiyyətinin 43 əməkdaşı, Cəlilabad Rayon İcra Hakimiyyətinin 38 əməkdaşı, Quba Rayon İcra Hakimiyyətinin 36 əməkdaşı, Göyçay Rayon İcra Hakimiyyətinin 27 əməkdaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin isə 44 əməkdaşı , Bərdə Rayon İcra Hakimiyyətinin isə 43 əməkdaşı vəzifələrindən azad ediliblər. (Oxu.az)
-
Sosial11:48Bu ərazilərdə 3 gün su olmayacaq
-
İdman11:18Rodriqodan ayrıldı, Tavareslə görüşdü, Eliasdan hamilə qaldı - FOTOLAR
-
Nida Xəbər 10:34Tramp onları da özü ilə Pekinə aparıb
-
Hadisə09:56Üç itkin şəhid dəfn ediləcək - FOTO
-
Region09:26Rusiyada əhaliyə xəbərdarlıq edildi: Qorxunc hücuma hazırlaşın
-
Region09:00“Survivor”da faciə: Çəkilişlər dayandırıldı - Video
-
Cənubi Qafqaz08:36Paşinyanı “xain” adlandıran bloger saxlanıldı
-
ABŞ08:24Bəy toy günü sağdışını öldürdü








.jpg)









.jpg)






.jpg)











