Münaqişənin neft və fond bazarlarına təsiri davam edir
Bizi izləyin

Dünya

Münaqişənin neft və fond bazarlarına təsiri davam edir

Bazar ertəsi günü neft qiymətləri artıb, Asiya səhm bazarları isə kəskin eniş yaşayıb.

Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, Brent markalı neftin bir bareli 113,40 dolları keçərək 1 faizdən çox bahalaşıb. Yaponiya Nikkei indeksi 3,5, Cənubi Koreya Kospi indeksi isə 6,5 faiz düşüb.

ABŞ prezidenti Donald Tramp bildirib ki, Hörmüz boğazı yenidən açılmazsa, İranın enerji zavodlarını tamamilə məhv edəcək. İran isə hər hansı hücuma cavab olaraq bölgədəki əsas infrastrukturu hədəf alacağını açıqlayıb.

Enerji analitiki Simon Flouersin sözlərinə görə, bazarlar ABŞ-ın hücum edib-etməyəcəyini gözləyir və İranın cavab reaksiyası da bazarlara təsir edə bilər.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm