Sosial
"iPhone" istifadəçiləri TƏHLÜKƏDƏ
"iPhone" istifadəçiləri üçün yeni təhlükə yaranıb.
Publika.az "musavat"a istinadən xəbər verir ki, Axios nəşri hakerlərin artıq xüsusi xidmət orqanları üçün hazırlanmış casus proqramlar əsasında yazılmış viruslarla "iPhone" cihazlarını sındırmağa başladığını bildirib.
Məlumata görə, nəşr bu barədə Google, iVerify və Lookout şirkətlərinin kibertəhlükəsizlik üzrə mütəxəssislərinin araşdırmalarına istinad edib. Bildirilir ki, "Coruna" adlı xüsusi proqram təminatı aşkarlanıb və bu alət "adı açıqlanmayan dövlət sifarişçisi" üçün hazırlanıb.
TechCrunch isə iddia edir ki, sözügedən proqramlar ABŞ hökuməti üçün hazırlanmış ola bilər. Mütəxəssislərin fikrincə, məhz sonradan baş verən sızma bu alətin kibercinayətkarların əlinə keçməsinə yol açıb.
Apple şirkətinin nümayəndəsi Sara O'Rurk bildirib ki, iOS sistemindəki müvafiq boşluqlar artıq aradan qaldırılıb. Buna baxmayaraq, kibertəhlükəsizlik üzrə ekspertlər zərərli proqramların təsirinin yalnız qismən önlənə bildiyini vurğulayırlar.
Beləliklə, mütəxəssislər iPhone istifadəçilərinə cihazlarını və əməliyyat sistemini dərhal yeniləməyi, naməlum keçidlərə daxil olmamağı və əlavə təhlükəsizlik tədbirlərinə diqqət yetirməyi tövsiyə edirlər.
-
Magazin103:43Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, vütün buzları əridə bilər
-
Sağlamlıq16 May 23:36Nazilə gəlini haqqında görün nələr deyib
-
Magazin216 May 23:00“Avroviziya-2026”nın finalı başladı - CANLI
-
Magazin216 May 22:48Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO
-
Magazin216 May 22:36"Avroviziya-2026" - Finalda 25 ölkə mübarizə aparacaq
-
Avropa16 May 22:00Dünyanın ən yaşlı iti öldü
































.jpg)



