Nida Xəbər
Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
Azərbaycan Prezidentinin ailəsini şantaj edən şəxs barədə yeni detallar məlum olub.
Publika.az xəbər verir ki, bu barədə REAL TV-nin rəhbəri Mir Şahin Ağayevin təqdimatında "Mir Şahinin vaxtı" verilişində bildirilib.
Vurğulanıb ki, Prezidentin ailəsini şantaj edən şəxs Salmanov Fərid İlqar oğludur. O, 2003-cü ildən Bakıda yaşayıb, jurnalist kimi "Ayna", "Zerkalo" və "Bizim əsr" qəzetlərində çalışıb.
Qeyd edilib ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmalarla Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Salmanov Fərid İlqar oğlunun digər şəxslərlə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında digər şəxslər barədə qəsdən yalan, rüsvayedici məlumatlar yayma hədəsi ilə, xüsusən külli miqdarda pul vəsaiti tələb etməsinə əsaslı şübhələr yaranıb.
Belə ki, Fərid Salmanov Azərbaycan vətəndaşları Əliyev Elman Yaqub oğlu, Səlimov Məmmədzəki Məmməd oğlu və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabqacadan əlbir olan bir qrup şəxs halında xüsən küllli miqdarda pul vəsaitinin Azərbaycan Prezidentinin ailə üzvləri barədə yalan məlumatlar yayma hədəsi ilə tələb etmək məqsədilə, əvvəlcədən əldə olunmuş razılığa əsasən, feysbuk sosial şəbəkəsində Fərid Salmanov adı altında qeydiyyatdan keçdiyi istifadəçi hesabı vasitəsilə 11 fevral 2026-cı ildə həmin sosial şəbəkədə Hüseynov Mehman Rafiq oğluna məxsus "Sancaq media" səhifəsinin mesaj bölməsinə səsli mesajlar göndərməklə bu səhifədə, habelə Mehman Hüseynov tərəfindən yutub sosial şəbəkəsində Məmmədov Qabil Əmrah oğlu tərəfindən idarə olunan "Haqsızlığa susma" adlı səhifədə 3 fevral 2026-cı ildə hissəvi nümayiş etdirilmiş, guya Alena Əliyevaya aid görüntünü özündə əks etdirən saxta videomaterialların istifadə edilməsi ilə bağlı əlaqə saxlayıb.
-
İdman11:18Rodriqodan ayrıldı, Tavareslə görüşdü, Eliasdan hamilə qaldı - FOTOLAR
-
Nida Xəbər 10:34Tramp onları da özü ilə Pekinə aparıb
-
Hadisə09:56Üç itkin şəhid dəfn ediləcək - FOTO
-
Region09:26Rusiyada əhaliyə xəbərdarlıq edildi: Qorxunc hücuma hazırlaşın
-
Region09:00“Survivor”da faciə: Çəkilişlər dayandırıldı - Video
-
Cənubi Qafqaz08:36Paşinyanı “xain” adlandıran bloger saxlanıldı
-
ABŞ08:24Bəy toy günü sağdışını öldürdü
-
Sosial07:17Bu gün 31 dərəcə isti gözlənilir


















.jpg)







.jpg)










