Sosial
34 il sonra onu xilas edən döyüşçü ilə üz-üzə gəldi - FOTOLAR
Xocalı faciəsinin canlı şahidlərindən olan Nigar Cəfərova onu o dəhşətli günlərdə ölümün pəncəsindən xilas edən qəhrəman döyüşçü Allahverdi Əzimovla 34 ildən sonra yenidən üz-üzə gəlib.
Publika.az xəbər verir ki, duyğusal görüş Ağdam rayonunun işğaldan azad edilmiş Saybalı kəndində təşkil olunan Novruz şənliyi çərçivəsində baş tutub.
Görüş kövrək və unudulmaz anlarla yadda qalıb. İllər əvvəl Xocalı soyqırımı zamanı çəkilmiş kadrlarda yer alan Nigar Cəfərovanın həyatının xilasında mühüm rol oynamış Saybalı kənd sakini Allahverdi Əzimovla bu qarşılaşma hər iki tərəf üçün xüsusi məna daşıyıb.
Qeyd edək ki, 1992-ci ildə Nigar Cəfərovanın 18 yaşı var idi və faciədən cəmi iki ay əvvəl ailə qurmuşdu. Əksər xocalılar kimi əsir düşən Nigar xanımı Ağdamın Şelli kəndinin döyüşçüləri xilas etmişdilər. Həmin vaxt o, öz növbəsində bir körpə qızın həyatını qurtarmağa nail olub.
Qucağında körpə ilə erməni əsirliyindən qurtularkən çəkilən foto isə illərdir Xocalı faciəsinin simvollarından biri kimi yadda qalıb. Bakıda yerləşən "Ana harayı" abidəsi də məhz həmin görüntünün əsasında hazırlanıb.
Nigar Cəfərova həmin anları belə xatırlayır: "Fotoda qucağımda daşıdığım körpə bibimin nəvəsi idi. Valideynləri onu gətirə bilmədi, mən xilas etdim. Ağdama qədər bir an belə qucağımdan yerə qoymadım. Onun adı İncidir, indi artıq iki övladı var". /Musavat.com
-
Magazin103:43Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, vütün buzları əridə bilər
-
Sağlamlıq16 May 23:36Nazilə gəlini haqqında görün nələr deyib
-
Magazin216 May 23:00“Avroviziya-2026”nın finalı başladı - CANLI
-
Magazin216 May 22:48Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO
-
Magazin216 May 22:36"Avroviziya-2026" - Finalda 25 ölkə mübarizə aparacaq
-
Avropa16 May 22:00Dünyanın ən yaşlı iti öldü
































.jpg)



