Putin Krıma dəhliz açmaq üçün hücuma başladı
Bizi izləyin

Dünya

Putin Krıma dəhliz açmaq üçün hücuma başladı

Donetsk aeroportuna hücumları gücləndirən separatçılar və Rusiya ordusunun hərbi bölmələri Mariupol istiqamətində də hücumları intensivləşdiriblər.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “Facebook” səhifəsində yazıb.

O, Ukrayna ordusunun Mariupol istiqamətində yerləşən mövqelərinin separatçıların güclü zərbələrinə məruz qaldığını bildirib.

“Bu zərbələr Mariupol istiqamətində rəqibin hərbi qüvvələrinin yenidən qruplaşdırılması məqsədi ilə vurulur. Rəqibin ön cəbhədəki hərbi gücləri həm canlı, həm də hərbi texnika baxımından əhəmiyyətli dərəcədə gücləndirilib”, - Dmitri Tımçuk yazıb.

Hərbi ekspertin sözlərinə görə, bu istiqamətdə separatçıların minimum 10 tankının hücumu qeyd alınıb: “Rəqib texnikasının birinci xəttə irəliləməsi davam edir”.

Qeyd edək ki, Mariupol Azov dənizi sahilində strateji liman şəhəri olmaqla yanaşı, həm də Krıma gedən quru dəhlizin üzərində yerləşir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm