İrandan "Dəmir Qübbə" əməliyyatı
Bizi izləyin

Dünya

İrandan "Dəmir Qübbə" əməliyyatı

İsrailin infrastruktur mərkəzləri İran ordusunun pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Publika.az xəbər verir ki, bu barədə İran ordusu bəyanat yayıb.

Bilidirilib ki, müxtəlif növ döyüş PUA-larından istifadə edərək Nof ha-Galil sənaye şəhərində və Təl-Əvivdə "Elbit Systems", "Kanfit" infrastruktur mərkəzləri, müdafiə-hücum sistemlərinin istehsalı müəssisəsi vurulub.

İran ordusu "Dəmir Qübbə" kimi raket və müdafiə sistemləri istehsal edən mərkəzlərin vurulduğunu bəyan edib:

"Elbit Systems" elektron müharibə, PUA istehsalı, kəşfiyyat sistemləri və radar sensorları sahəsində fəaliyyət göstərən silah mərkəzidir və İsrailin müxtəlif ölkələrə silah ixracının mühüm hissəsini təşkil edir. "Kanfit" Sənaye Təşkilatı aerokosmik hissələrin mühəndisliyi və istehsalı, eləcə də təyyarə və helikopterlər üçün hava konstruksiyalarının hazırlanması sahəsində fəaliyyət göstərir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm