Liderlərin öldürülməsi Tehranı iflic edib: Qərar vermək mümkün deyil
Bizi izləyin

Dünya

Liderlərin öldürülməsi Tehranı iflic edib: Qərar vermək mümkün deyil

İran rəhbərliyinə qarşı həyata keçirilən hədəfli əməliyyatlar Tehranın qərarvermə mexanizminə ciddi təsir göstərib.

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti ABŞ və Qərb kəşfiyyatının qiymətləndirmələrinə əsasən məlumat yayıb.

Məlumata görə, müharibənin başlanğıcından etibarən ABŞ və İsrail tərəfindən İran rəhbərliyinin yüksək vəzifəli şəxslərinin zərərsizləşdirilməsi ölkənin operativ qərar qəbul etmə və genişmiqyaslı cavab hücumlarını əlaqələndirmə imkanlarını zəiflədib.

Qeyd olunur ki, onlarla iranlı liderin öldürülməsi Vaşinqtonun Tehranda qalan rəsmi şəxslərlə danışıqlar aparmaq səylərini də mürəkkəbləşdirib. Mənbələrin bildirdiyinə görə, İranın danışıqlar aparan nümayəndələri hökumətin hansı güzəştlərə hazır olduğu barədə kifayət qədər məlumata malik deyil.

Amerikalı rəsmilər vurğulayıblar ki, bu cür sui-qəsdlər eyni zamanda İslam İnqilabı Keşikçiləri Korpusu daxilində sərt xətt tərəfdarlarının mövqelərini daha da gücləndirib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm