Yaxın Şərq
İrəvanın başı dərddə: Pakistan Ermənistanın mallarını saxladı
Yaxın Şərqdə kəskinləşən vəziyyət fonunda İrandan Ermənistana gedən, içərisində təxminən 400 min dollar dəyərində mal olan yığma konteyner Pakistanda saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a ölkənin Ticarət və Sənaye Palatasının vitse-prezidenti Karen İvanov məlumat verib.
Onun sözlərinə görə, Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin olmaması vəziyyəti daha da mürəkkəbləşdirir: "Hazırda məsələnin həlli üçün Xarici İşlər Nazirliyi ilə təmasdayıq".
İvanov əlavə edib ki, fevralın 28-dən bəri logistik zəncirlərdə ciddi çətinliklər yaranıb. Böhran şəraitində yüklər getdikcə daha çox ənənəvi marşrutlardan kənar, o cümlədən Ümid burnu vasitəsilə daşınır.
Qeyd edək ki, yeni gəmiçilik rejiminə əsasən, İran təhlükəsizliyi təmin edəcək və gəmilərin keçidi üçün rüsum tətbiq edəcək. Hazırda yalnız dost ölkələrin - Rusiya, Hindistan və Çinin neft tankerləri və quru yük gəmiləri 2 milyon dollarlıq rüsumdan azaddır.
Adəm
-
Qoroskop15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU















.jpg)




















