Qoroskop
Bu gündən etibarən 3 bürcün həyatı dəyişir
31 mart 2026-cı ildən sonra bəzi bürclərin həyatında mühüm dönüş nöqtəsi yaşanacaq. Astroloji proqnozlara görə, Ayın Uranla eyni xətt üzrə hərəkəti uzun müddətdir davam edən gərginliklərin sona çatmasına səbəb olacaq.
Publika.az həmin bürcləri təqdim edir:
Xərçəng
Bu bürcün nümayəndələri üçün emosional baxımdan ağır bir dövr artıq geridə qalır. Uzun müddət içlərində daşıdıqları yaralar sağalmağa başlayır. Xərçənglər nəhayət ki, rahatlıq və daxili sakitlik hiss edəcəklər. Artıq keçmişdə qalan problemlərə qayıtmaq istəyi yoxdur. Bu mərhələni onların həyatında yeni səhifənin başlanğıcı kimi qiymətləndirmək olar.
Əqrəb
Əqrəblər üçün bu gün psixoloji rahatlama ilə yadda qalacaq. Uzun müddət onları narahat edən və düşüncələrindən çıxmayan məsələ nəhayət öz həllini tapır. Onlar artıq bu yükdən azad olaraq həyatlarına davam edə biləcəklər. Daxili azadlıq hissi və məmnunluq əqrəblərin əsas qazancı olacaq. Bu dəyişiklik onların həyatına yeni enerji gətirəcək.
Dolça
Dolçalar üçün isə bu dövr özünü yenidən kəşf etmə mərhələsidir. Onlar uzun müddət qoruduqları köhnə davranış və düşüncə tərzindən uzaqlaşmağa qərar verirlər. Dəyişikliklər ilk baxışdan sadə görünsə də, dolçalar üçün bu, ciddi daxili transformasiyadır. Onlar artıq köhnə obrazdan imtina edərək daha azad və yenilənmiş bir versiyalarını qəbul edirlər.
Roza
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir










.jpg)

























