Dünya
Azərbaycanlı Rusiyada iki kişini qul kimi işlətdi
Rusiyada iki kişini qul kimi saxlayan azərbaycanlı
məhkəmə qarşısına çıxarılıb.
Rusiya mətbuatının yazdığına görə, Murmansk vilayətində yaşayan
Azərbaycan vətəndaşı uzun illər qul əməyindən istifadə
edib.
Akif Həsənli qul qismində Mançoqorsk şəhərindən olan iki kişinin
əməyindən yararlanıb.
Prokurorluqdan yayılan məlumata görə, 2013-cü ilin mart ayında
A.Həsənli mənzilini yığışdırmaq üçün tənha yaşayan kişinin
sənədlərini alıb və onu hədələməklə öz evində saxlayıb.
Zərərçəkən evdəki müxtəlif təsərrüfat işlərini yerinə yetirib -
mənzili yığışdırıb, uşaqlara baxıb.
İddiaya görə, bir müddət sonra Həsənlinin qohumu ona işləmək
üçün ikinci şəxsi də gətirib. Onu da aldatma yolu ilə evə həbs
ediblər.
Bununla kifayətlənməyən Azərbaycan vətəndaşı işlətdiyi
şəxslərdən birinin evini satdıraraq pulunu alıb.
Yay aylarında isə o "qulları" işləmək üçün Leninqrad
vilayətindəki bağına aparıb. Lakin onlardan biri fürsət taparaq
qaçıb və başlarına gələnləri polisə danışa bilib.
A.Həsənliyə qarşı qul əməyindən istifadə və dələduzluq maddələri
ilə ittiham irəli sürülüb.
Təhqiqat zamanı ittiham edilən şəxs günahını etiraf edib və
əməlindən peşman olduğunu deyib.
Şəhər prokurorluğundan verilən məlumata görə, qul əməyindən
istifadə ittihamı olduqca nadir görünür. Hətta demək olar ki, son
10 ildə bu ittiham heç kimə qarşı irəli sürülməyib.
Azərbaycan vətəndaşı iki nəfəri hədə-qorxu ilə evində saxlayıb işlətdiyi üçün 10 ilə kimi azadlıqdan məhrum edilə bilər. (anspress.com)
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi