Tramp İranın bu təklifindən narazıdır
Bizi izləyin

Dünya

Tramp İranın bu təklifindən narazıdır

Tramp İranın bu təklifindən narazıdır

ABŞ prezidenti Donald Tramp İranın müharibəyə son qoymaq üçün irəli sürdüyü son təklifdən narazı qalıb.

Publika.az xəbər verir ki, bu barədə “Reuters”ə danışan ABŞ rəsmisi bildirib.

Məlumata görə, İranın təklifi müharibə başa çatana və Körfəzdə gəmiçiliklə bağlı mübahisələr həll olunana qədər nüvə proqramı üzrə danışıqları təxirə salmağı nəzərdə tutur. Lakin ABŞ tərəfi nüvə məsələlərinin ilkin mərhələdə həll olunmalı olduğunu vurğulayır.

ABŞ rəsmisi bildirib ki, prezidentin bazar ertəsi müşavirləri ilə keçirdiyi görüşdə bu məsələ müzakirə olunub və Tramp məhz bu səbəbdən Tehran tərəfindən təqdim edilən planı qəbuledilməz hesab edib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm