Nida Təhlil
Başınızı qaldırın, nə ilə qarşılaşacağınızı görün: Bakıdan erməni müxalifətinə xəbərdarlıq
Ermənistanda seçki öncəsi siyasi ab-hava getdikcə gərginləşir. Avropa İttifaqı Paşinyanın hakimiyyətdə qalmasına dəstək verməyə çalışdığı halda, Rusiya daha çox müxalif qüvvələrin güclənməsində maraqlıdır. Müxalifət düşərgəsi isə seçki kampaniyasını əsasən “müharibə ritorikası” üzərində qurub. Onlar Qarabağ müharibəsinin bitmədiyini iddia edir və Azərbaycana qarşı yenidən ərazi iddiaları səsləndirirlər.
Publika.az bu fonda vəziyyəti dəyərləndirmək üçün Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyova müraciət edib. O, mövcud proseslər və mümkün ssenarilərlə bağlı danışıb.
Rasim Musabəyov bildirdi ki, Ermənistan müxalifətinin səsləndirdiyi hərbi ritorika reallıqdan uzaqdır: “Qələt eləyərlər, başlarını divara vurarlar. Müxalifət qalib gəlsə belə, cəsarət edib Azərbaycana müharibə elan etmək, yaxud bizim torpaqlara soxulmaq gücündə deyillər və nə indi, nə də beş il sonra buna cəsarət tapa bilməyəcəklər”.
Deputat qeyd etdi ki, əgər belə bir addım atılarsa, bunun nəticələri Ermənistan üçün çox ağır olacaq: “Buyursunlar. Bizə də elə fürsət lazımdır ki, onları tam şəkildə sıradan çıxaraq. Ona görə də bu cür avantüraya getməzlər”.

Politoloq vurğuladı ki, hazırda Ermənistanda əsas proses daxili siyasi mübarizədir: “Onlar deyirlər ki, sülh müqaviləsinə təminatçı lazımdır və bu halda Qarabağ ermənilərinin qayıdışına xüsusi önəm verilməlidir. Amma biz bunu yaxın buraxası deyilik”.
Ermənistanda hakimiyyət uğrunda mübarizədə müxtəlif ssenarilərin müzakirə olunduğunu deyən Rasim Musabəyov əlavə etdi ki, Karapetyanın baş nazir olması real deyil, amma müxalifət çoxluq əldə etsə, Köçəryanı yenidən hakimiyyətə gətirmək planları var.
O, həmçinin qeyd etdi ki, belə bir halda Azərbaycan sülh danışıqlarını davam etdirməyə bilər: “Əgər Köçəryan baş nazir olsa, Azərbaycan Ermənistanla danışıqları davam etdirməyəcək”.
Politoloq sonda vurğuladı ki, təşviş üçün əsas yoxdur: “Təşviş onlarda olmalıdır, bizdə yox. Azərbaycan öz istədiyini artıq edib. Onlar danışıqları uzada bilərlər, başqa çıxış yolları yoxdur. Azərbaycan tərəfinin əlavə ehtiyat tədbirləri görməsinə ehtiyac yoxdur. Qoy əvvəlcə başlarını qaldırsınlar, onda görəcəklər ki, nə ilə qarşılaşacaqlar”.
Müəllif: Adəm Abbaslı
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi






































